Almaniya Ukraynaya daha 17 ədəd zenit-raket kompleksi verəcək

img

04-09-2024 [19:05]


Almaniya Ukraynaya daha 17 ədəd IRIS-T zenit-raket kompleksi tədarük etmək niyyətindədir.

Bu barədə "Bloomberg" Almaniya kansleri Olaf Şoltsa istinadən məlumat yayıb.

“O.Şolts hava hücumundan müdafiə sisteminin Almaniya Silahlı Qüvvələrinə təhvil verilməsini qəbul edib, daha beş belə qurğunun sifarişini təsdiqləyib və əlavə 17 qurğunun Ukrayna üçün nəzərdə tutulduğunu qeyd edib”, - agentlik bildirib.

O dəqiqləşdirib ki, dörd qurğu Kiyevə ilin sonunadək, qalanları isə 2025-ci ildən etibarən göndəriləcək. Kansler xatırladıb ki, bundan əvvəl Ukraynaya yeddi qurğu göndərilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR