“20 Yanvar”da yeraltı keçidlərdəki mağazalar qapadıldı - Qurumlar suallardan yayınır (FOTOLAR)

img

30-08-2024 [12:06]


Ötən gün memar Elçin Əliyev Bakı metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidlərinin kiçik mağazalar tərəfindən zəbt olunmasından şikayətlənib. O bu barədə feysbuk hesabında paylaşım edib. 

Onun sözlərinə görə, yanğın və ya fəlakət olarsa, çoxsaylı quraşdırılmış pavilyonlar insanların hərəkətinə imkan verməyəcək, dəhşətli bir əzilmə olacaq, insanlar həlak olacaq – yeraltı qəzadan yox, vaxtında stansiyanı tərk edə bilməməkdən.

Mia.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından isə “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyəti olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.

Sözügedən ərazinin əvvəl və sonrakı görüntülərini təqdim edirik: 

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR