“Problem yoxdur" sənədli filmi bu dəfə "Ganja Mall Cinema Plus"da nümayiş olunub
20-08-2024 [00:41]
İnklüziv cəmiyyətin inkişafına töhfə olaraq rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur" sənədli filmi növbəti dəfə Fərəh SİB-in təşkilatçılığı ilə Gəncə şəhərində Ganja Mall Cinema Plus kinoteatrında nümayiş olunub.
Mia.az-ın məlumatına görə, əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edən filmin ilk təqdimat tədbiri Bakıda 04.08. 2024 tarixdə Nizami Kino Mərkəzində iştirakçılar tərəfindən böyük coşquyla qarşılanmışdır.
Gəncə şəhərində də Azərbaycan Dövlət Himni ilə başlayan tədbirdə pedaqoq Aygün Qasımova və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin və bu tədbirlərin inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.
Aparıcılar tədbirin ilk təşkilatçıları İlhamə Axundova, Məcid Məcidli və Zivər Xanlarovanın təşkilatçılığı ilə keçirildiyini qeyd ediblər.
İnklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxışında təhsildə və cəmiyyətdə inklüzivliyin inkişafı üçün 2018-2024 cü illər ərzində Dövlət Proqramının təsdiq edilməsini diqqətə çatdırıb. O inklüzivliyin əsas mahiyyətinin milli-mənəvi dəyərlərimizlə yaşayan xalqımız üçün yad olmadığını söyləyib. Bildirib ki, bu ali dəyərləri yaşatmaq üçün hər sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr var. Bu baxımdan Elçin Ağazadənin indiyə kimi fiziki məhdudiyyəti olan istedadlılara aid çəkdiyi sosial çarxlar, autizmli uşaqlara həsr etdiyi və Amerikanın Florida ştatında "Ən yaxşı sosial film" nominasiyası üzrə qalib olmuş “Uğur böcəyi” sosial filmi olduqca təqdirəlayiqdir. O, istedadlı rejissorun şəhidlər və qazilər üçün çəkdiyi sənədli filmlər, şəhid övladlarından ibarət “Zəfər sədası” klipi, milli dəyərlərlə yanaşı “Cənnət ətri” və “Başqa həyat” kimi mənəvi dəyərləri də aşılayan sənədli filmlərinin nümunə olduğunu misal çəkərək onun yaradıcılığının, fəaliyyətinin bu baxımdan çox təqdirəlayiq olduğunu bildirib.
Sonra "Fərəh" SİB-in təsisçisi, inklüziv sahə üzrə beynəlxalq təlimçi İlqar Hümbətov çıxışında İnklüziv cəmiyyətin hər kəs üçün faydalarını və üstünlüklərini vurğulayıb.
Bundan əlavə ziyalı ədəbiyyatsevər Əsgər Məmmədov N.Gəncəvi və digər klassiklərimizin şeirlərindən statlar gətirərək dahi şəxsiyyətlərimizin Azərbaycan xalqının yüksək mənəviyyatını nümunə gətirib.
Daha sonra tədbirlərimizə dəstək olan “Azestetik” şirkətinin rəhbəri Fariz Məmmədova təşəkkür edildikdən sonra film nümayiş olunub.
Filmin nümayişindən sonra pedaqoq, sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub və Gəncə Dövlət Universitetinin baş müəllimi, əlilliyi olan tələbələr üçün mərkəzin rəhbəri, İnklüziv təhsil üzrə təlimçi Lamiyə Hacımuradova film haqqında öz gözəl təəssüratlarını paylaşıblar.
Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb.
Filmin qəhrəmanı Alik Cəfərovun və anasının səhnəyə gəlişi böyük sevgi və coşqu ilə qarşılanıb.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib