APARAT RƏHBƏRİ NAZİR MÜAVİNİ TƏYİN OLUNDU - Sərəncam

img

16-08-2024 [11:25]


Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

O, bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri idi.

Xatırladaq ki, dünən Prezident İlham Əliyev bu nazirlikdə müavinlərin sayının artırılması barədə fərman imzalamışdı.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR