ABŞ və Böyük Britaniya döyüş təyyarələri Yəmənə hava zərbəsi endirib

img

16-08-2024 [10:33]


ABŞ və Böyük Britaniya döyüş təyyarələri Yəmənə hava zərbəsi endirib. 

Mia.az xarici mətbuata istinadla bildirir ki, hücumda ölkənin qərbindəki Hudeydə şəhərinin Salif bölgəsi hədəfə alınıb.

Yəməndə İranın dəstəklədiyi husilər hücum faktını təsdiqləyiblər.

Husilərə bağlı “Əl-Mesira” televiziyası xəbər yayıb ki, hücum  gecə yarısı Yəmənə zərbələr endirib. Telekanal dağıntı, ölən və ya yaralanlar haqda xəbər verməyib.

ABŞ və İngiltərədən də hücumlarla bağlı rəsmi açıqlama verilməyib. 

Xatırladaq ki, Husilərin nəzarəti altında olan sahil şəhəri Hudeyda beynəlxalq hava limanı və daha 3 yerli əhəmiyyətli liman var.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR