İran ABŞ-da seçkilərə haker hücumu təşkil edir? - Trampın iddiasına cavab verildi

img

20-08-2024 [10:35]


İranın BMT-dəki Daimi Nümayəndəliyi Tehranın ABŞ-da seçkilərə müdaxilə etməsi ilə bağlı səsləndirilən iddialara reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Tehranın adından verilən açıqlamada Vaşinqton administrasiyasından iddialarla bağlı rəsmi fakt və sənədlər tələb olunub: "Daha əvvəl də qeyd etdiyimiz kimi, İranın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmək niyyəti və ya fikri yoxdur. Əgər ABŞ hökuməti iddiasında haqlıdırsa, sənədlərini bizə təqdim etməlidir. Ki, biz onlara aydın cavab verək. Bir daha təkrar edirik ki, bu iddialar əsassızdır".

Xatırladaq ki, bir neçə gün əvvəl Donald Trampın komandası İranı onların kampaniyasına kiberhücum təşkil etməkdə ittiham edib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR