Hakan Fidan Türkmənistan XİN başçısı ilə görüşüb - Nələr müzakirə edilib?

img

14-08-2024 [16:15]


Türkiyənin Xarici işlər naziri Hakan Fidan Ankarada Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Türkiyə ilə Türkmənistan arasında imzalanacaq yeni müqavilələrlə iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.

Türkmənistanla 5 milyard dollarlıq ticarət həcmi hədəfinin olduğunu bildirən nazir Hakan Fidan bunun artırılacağına ümidvar olduğunu deyib.

Görüşdə nəqliyyat yolları və Türkmənistan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli ilə bağlı əməkdaşlıq imkanları da müzakirə olunub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR