İzmirdə 15 terrorçu saxlanılıb - İki nəfər xarici ölkə vətəndaşıdır

img

14-08-2024 [16:05]


Türkiyənin İzmir şəhərində  terror təşkilatı PKK/KCK-ya qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmir Respublika Prokurorluğunun məlumatına əsasən, PKK/KCK silahlı terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində təşkilatın ümumilikdə 15 üzvü saxlanılıb: "Onlardan 2-ci xarici ölkə vətəndaşıdır. Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi hazırda onların ətrafında əməlıiyyat-istintaq tədbirlərini davam etdirir".

Xəbərdə deyiir ki, saxlanılanlar haqqında həbs tədbiri seçilib: "Onarın qaldıqları evlərdə axtarış aparılıb, silah və digər əşya-dəlilləri götürülüb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR