"Kassam tuqayları" İsrail hərbçilərinə qarşı əməliyyatlar keçirib - Açıqlama

img

14-08-2024 [09:13]


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Kassam Tuqayları ötən gün Qəzza zolağının müxtəlif bölgələrinə sızan İsrail əsgərlərinə qarşı bir sıra əməliyyatlar həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma rəsmi Teleqram səhifəsində məlumat paylaşıb.

Bildirilib ki, Rafah şəhərinin qərbindəki Tel əs-Sultan rayonunda İsrail əsgərlərinin olduğu 3 tunel girişi partladıb: "Bundan başqa, İsrail ordusuna aid iki Merkava markalı tank məhv edilib. Həmçinin, İslami Cihad Hərəkatının hərbi qanadı olan "Qüds Seriyyesi" ilə birgə Xan Yunusda bir qrup İsrail əsgəri minaatanlarla vurulub".

İsrail ordusu bu iddialata hələlik münasibət bildirməyib.

Onu da qeyd edək ki, HƏMAS dünən axşam Təl-Əviv şəhərinə iki raket fırladıb.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR