Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

img

13-08-2024 [18:48]


Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, ona Ukraynaya verilən F-16-ların Moldova aerodromlarında yerləşdirilməsinin mümkünlüyü ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlıq ifadə olunub.

“Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq”, - məlumatda vurğulanır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR