Xan Yunusda bir ev bombalanıb - 10 nəfər ölüb, dağıntılar altında qalanlar var

img

13-08-2024 [07:46]


İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yenidən əməliyyata başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhərə yaxın İsrail qüvvələri şəhərdə HƏMAS döyüşçülərinin olduğu iddia olunan bir evi bombalayıb.

Məlumata görə, evdə olan 10 nəfər ölüb, yaralılar var.

Qəzzada Mülki Müdafiə İdarəsindən isə bildirilib ki, bombalanan evdə qadın və uşaqlar da olub: "Ölən 10 nəfər arasında qadın və uşaqlar da var. Yaralılar xəsətxanaya apaırlıblar, dağıntılar altında hələ də qalan var...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR