Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-08-2024 [00:02]
Qoç - Çoxdan hazırladığınız planları reallaşdırmağa başlayın. İnsanların gur olduğu yerlərə yollanmayın. Diqqət mərkəzində olacaqsınız. Qətiyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq. Bəzi nüanslara fikir verin. Nə isə alınmasa, bir də cəhd edin. Unikal və ya ekssentrik olduğunuzu düşünməyin. Yaxınlarınızdan birinin maddi yardıma ehtiyacı var.
Buğa - Daha rahat, komfortlu, əlverişli şəraitdə çalışmağa can atmayın. Mərhələləri tədricən qət edin. Tələsməyin, vurnuxmaya aldanmayın. Tənbəllik etməyin, passivliyə qapılmayın. İzafi diqqət, fərdi ambisiyaların təminatı zərər verəcək.
Günün ikinci yarısında başladığınız işi sürətlə görün, yaxşı nəticəyə nail olmağa çalışın. Bütün işləri ən yüksək səviyyədə görmək mümkün deyil: bu reallığı qəbul edin.
Axşam saatlarında normal istirahət etməyə can atın.
Əkizlər - Pozitiv, yaxşı gündür. Hisslərə qapılmayın, emosiyaların əsiri olmayın. Kədər, şübhə, qısqanclıq, bezdirici xatirələr işgüzar fəaliyyətə maneələr yaradacaq. Yeni anlaşma və ya sifarişlə bağlı müzakirələri qeyri-formal şəraitdə aparmaq olar.
Günün ikinci yarısında alış-verişdə izafi xərclərə yol verməyin. Qənaətcil olun və bədxərcliyin fəsadlarını unutmayın. Aktiv işləsəniz, zəhmətinizin bəhrəsini görəcəksiniz. Yaxınlarınıza, dəyər verdiyiniz insanlara diqqətli yanaşın. Ailə üzvləri ilə birlikdə axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - Səxavətli olun. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yaxınların və inandığınız insanların yardımlarından faydalana bilərsiniz. Münasibətlərdə səmimi olmağa çalışın. Saxtakar, yalançı, kütbeyin insanlardan uzaq durun.
Günün ikinci yarısında seçimdə səhv etməyin. İstirahəti ləğv etməyin - sadəcə, bir qədər ertələyin. Alış-veriş zamanı mövcud maliyyə imkanlarınızı realistcəsinə qiymətləndirin. Axşam saatlarında səhhətinizin qeydinə qalın. Keyfiyyətli ərzağa üstünlük verin. Sağlam rasionu seçin.
Şir - Günün fonu sizə hətta ən parlaq fonda itib-batmamağa imkan verəcək. Aldığınız təkliflərin şirnikləndirici effektinə aldanmayın. Yaşanan proseslərin zahiri görüntüləri əvəzinə məzmununu qiymətləndirin.
Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Tapşırıq və ya sifarişi vaxtında yerinə yetirin. Yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil. Axşam saatlarında zəruri məlumatları araya bilərsiniz.
Qız - Kütlədən seçilərək müstəqil fəaliyyət göstərə bilsəniz, yaxşı nəticələrə nail olacaqsınız. Bilik, bacarıq və təcrübənizdən yararlanın. Qətiyyətli olun. Kiçik maneələr və ya cüzi problemlər sizi ruhdan salmamalıdır.
Günün ikinci yarısında birgə fəaliyyətə və kollektiv əməyə üstünlük verin. Daha xarizmatik insanların kölgəsində qalmayın. Axşam saatları ailəvi tədbirlər üçün əlverişlidir. Heç nədə ifrata varmayın.
Tərəzi - Oyun qaydalarına və fəaliyyətdə ənənəvi metodikaya riayət etsəniz, pis gün deyil. Kreativ olun, sərhədləri genişləndirin. Köhnəlmiş şablonlardan və mənasız rituallardan qurtulun. Başqalarının maraq dairəsində öz mənafelərinizi təmin etməyə çalışmayın.
Günün ikinci yarısında tərəfdaş və dostlarla təmaslarda mövqelərinizi qoruyun. Praqmat olun, emosiyalara uymayın. Münasibətlərin normal olması üçün maddi problemləri qabartmayın. Bəzi yanlışlıq və nöqsanları görməzliyə vurun. Axşam saatlarında stressdən qurtulmaq üçün gəzintiyə çıxın.
Əqrəb - Yeni təşəbbüslərdə tələskənliyə yol verməyin. Aramla çalışın, amma astagəl olmayın. Yaşamın diqktə etdiyi şərtləri qulaqardına vurmayın. Dəvətlərdən imtina etməyin. Təəssüratları artıraraq təcrübənizi zənginləşdirin.
Günün ikinci yarısında karyeranıza müsbət təsir edə biləcək populyar insanla qarşılaşa bilərsinz. İş yerindəki axmaq insanlarla ünsiyyətdə mümkün qədər soyuqqanlı olun. İfrata varmayın. Özünüzü olduğunuzdan zəngin göstərməyə can atmayın. Axşam saatları ailəvi tədbirlər üçün münasibdir.
Oxatan - Günün ilk yarısı uğurlu olacaq. Əhvalınızı korlamayın, ruhdan düşməyin. Məqsədə çatmaq üçün nikbin olun. İmicinizin qeydinə qalın. Rəqiblərin mövqelərindəki zəif məqamları aşkarlayın.
Günün ikinci yarısında səs-küy və vurnuxmadan uzaq olun. Hər şeyin qədərini bilsəniz, potensialınızı dürüst qiymətləndirsəniz, sürətlə irəliləyə bilərsiniz. Rasionunuza fikir verin.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - Yaşamınızdakı harmoniyanı kobud şəkildə pozmayın. Proseslərin zahiri tərəfləri və atributları sizi aldatmasın. Uğur, sadəcə, istəklə olmur. Hadisələrə təsir imkanlarına malik insanlarla sıx ünsiyyət qurun.
Günün ikinci yarısında insanların gur olduğu yerlərə yollanmayın. Aqressiv və tələskən olsanız, hadisələrin məcrasında ciddi fəsadlarla qarşılaşacaqsınız. Ənənəvi davranışınızı dəyişməyin. Yeni layihəyə başlamayın.
Sırf ambisiyalarınızın təminatı üçün avantüralara başlamayın.
Dolça - Süst və tənbəl olmayın. Tərəfdaşlarla birlikdə çalışın. Yaxın dostlara yardım edin, onlara dəstək olun. Çoxdankı rəqiblərin mövqelərini zəiflətmək üçün hücuma keçin. Çoxdankı rəqiblərdən biri tərəfdaşlıq təklif edirsə, dərhal "yox" deməyin.
Günün ikinci yarısında sərt və aqressiv davranış münasibətlərdə sərinlik yarada bilər. Sonucu naməlum münaqişəyə başlamayın. Dəyər verdiyiniz insanlarla təmaslarda maliyyə və daşınmaz əmlakla bağlı məsələləri müzakirə etmək olar. Axşam saatlarında yaxınlarınızla istirahət edin.
Balıqlar - Əlverişli, yaxşı gündür. Baş verəcək hadisələrdən faydalanaraq nəzərdə tutduğunuz istiqamətdə hərəkət edin. Ümumi plan çərçivəsindən kənara çıxmayın. Yaxın ətrafınızdakı insanların istəklərini nəzərə alın.
Günün ikinci yarısında şəxsi maraqlarınızın təminatı üçün ümumi mənafeləri qurban verməyin. Bununla belə, kütlədəki fərd rolu ilə də razılaşmayın. Yaşananlara sadə yanaşın, maraqlarınızı düşünün. Dəyər verdiyiniz insana situasiyaya uyğunlaşmaqda yardım edin.Nikbin olun.
Milli.Az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib