Türkiyədə silahlı insident: 3 nəfər ölüb, 5 nəfər yaralanıb

img

12-08-2024 [09:05]


Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda silahlı atışma olub.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, Sucular məhəlləsində bir restoranın qarşısında yolverməyə görə mübahisəi yaranıb.

Məlumata görə, kriminal qruplar arasında başlayan mübahisə qısa zamanda silahlı atışmaya çevrilib: "Mübahisə qısa zamanda əlbəyaxa dava silahlı atışmaya səbəb olub. Nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Fakt araşdırılır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR