İranda dəhşətli isti: bəzi bölgələrdə rəsmi işlər dayandırıldı

img

07-08-2024 [08:58]


İranın paytaxtı Tehran və Əlburz əyalətlərində hava həddindən artıq isti keçir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu səbəbdən bütün dövlət qurumları 1 gün müddətinə bağlanıb.

Məlumata görə, 13 şəhərdə isə saat 10:00-dan sonra tətilə qərar verilib.

İran Hökumətindən bildirilib ki, bu qərar əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün qəbul edilib.

Qərara əsasən, Tehran və Əlborz vilayətində yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar bağlanacaq: "Ölkənin 13 şəhərində isə bütün dövlət qurumları və banklar saat 06.00-10.00 arasında xidmət göstərəcək".

Xəbərdə o da deyilir ki, İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə çatıb.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR