Uelsdə tarixi hadisə - İlk dəfə qadın baş nazir seçildi

img

06-08-2024 [17:20]


Uels Regional Baş Naziri Vaughan Getingin istefasından sonra parlamentdə keçirilən səsvermədə Eluned Morqan bu posta gətirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla Eluned Morqan həm də  "Uelsin ilk qadın Baş Naziri" ünvanına sahiblənib.

Morqan Baş nazir seçildikdən sonra deyib: "Bu gün Uelsin ilk qadın baş naziri kimi sizin qarşınızda dayanmaq mənim həyatımın ən böyük şərəfidir" 

Xatırladaq ki, keçən ay Uels İşçi Partiyasının yeni lideri olan və 2021-ci ilin may ayından Səhiyyə naziri vəzifəsini icra edən Morqan Uels Parlamentində (Senedd) 28 millət vəkilinin səsini alıb.

Beləliklə, İngiltərə kralı III Çarlzın təsdiqindən sonra "Uelsin ilk qadın Baş Naziri" olan Eluned Morqan rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR