“Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb - FOTOLAR
02-08-2024 [15:28]
Avqustun 1-də Monteneqro Milli Muzeyinin Miodrag Dado Djuric İncəsənət Qalereyasında “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb.
Mia.az-ın məlumatına görə, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 24 dəyərli sənət nümunəsi yer alır. Bunlara XVIII əsrdən müasir dövrədək xalqımızın zəngin mədəniyyətini, dünyagörüşünü, həyat tərzini və ənənələrini əks etdirən xalçalar, xalça məmulatları və eskizlər aiddir.
Sərginin açılışında Monteneqro Respublikasının mədəniyyət və media naziri Tamara Vuyoviç, Monteneqro Milli Muzeyinin direktoru Yakşa Çalasan və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış ediblər. Onlar Azərbaycan-Monteneqro qarşılıqlı əlaqələrindən, iki muzey arasındakı əməkdaşlıqdan, təqdim olundan sərginin əhəmiyyətindən danışıblar.
Sərgidə nümayiş olunan “vərni”, “zili” xovsuz xalçaları, “Ağaclı”, “Şıxlı”, “Cəyirli”, “Alpan” kimi xovlu xalçalar, həmçinin xalça məmulatlarından çul, heybə, məfrəş, ləməqabağı bənzərsiz bədii quruluşu, rəng ahəngdarlığı, zərif toxunuşu və özünəməxsus naxışları ilə bir-birindən seçilir. Şirvan, Quba, Bakı, Qazax, Qarabağ və Təbrizin toxuculuq məntəqələrində istehsal edilən bu unikal eksponatlar çoxmənalı elementlərlə, stilizə edilmiş zoomorf və nəbati ornamentlərlə zəngindir.
Xalq rəssamları Lətif Kərimov, Kamil Əliyev və Eldar Mikayılzadənin müəllifi olduğu müasir dövrə aid xalçalar və eskizlər də təqim edilən sənət nümunələri arasında xüsusi yer tutur.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir.
“Azərbaycan xalçası: təbiətlə dialoq” sərgisi avqustun 31-dək davam edəcək.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib