Polis rəisinin saqqız çeynəməsi naziri qəzəbləndirdi: "Tədbir görüləcək" - FOTO

img

25-07-2024 [16:18]


Türkiyədə İğdır Böyük Şəhər Bələdiyyə sədrinin bir əmrlə 204 işçini vəzifələrindən qovması adıçəkilən şəhərdə etiraza səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin 204 işçi bələdiyyəninn qarşısına toplanaraq etiraza başlayıblar.

Məlumata görə, hadisə yerinə yollanan İğdırın polis rəisi Erden Sakaryanın işdən çıxarılan işçilərlə söhbət edərkən saqqız çeynəməsi isə qısa zamanda ölkədə müzakirə mövzusuna çevrilib.

Məsələyə Daxili işlər naziri Ali Yerlikaya bu gün reaksiya verib. O, bu cür davranışın qəbulolunmaz olduğunu açıq şəkildə ifadə edib: "Nə İstanbulun valisi olanda, nə də nazir kimi, mən belə şeyləri qəbul etməmişəm, etmirəm. Lazımi tədbirlər görüləcək".

Xatırladaq ki, hadisə iyulun 10-da baş verib. Etiraz edən işçiləri ziyarət edən polis rəisinina ağzında saqqız özündənrazı yerişi birmənalı qarşılanmayıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR