Şimali Koreya qonşu ölkəyə 500 "zibil balon"u ilə hücum elədi - Beynəlxalq uçuşlar dayandı

img

25-07-2024 [14:21]


Şimali Koreya qonşu ölkəyə - Cənubi Koreyaya zibildolu hava (şar) balonları ilə "hücum"ları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən daha 500 zibil dolu hava şarı ilə hücuma keçən Şimali Koreya demək olar ki, məqsədinə çatıb.

Cənubi Koreya ordusundan verilən məlumata görə, Şimali Koreyanın göndərdiyi zibil balonlarına görə Cənubi Koreyanın Gimpo Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb: "Təəssüf ki, Şimali Koreya son 24 saat ərzində Cənubi Koreyaya tullantı kağız və plastik daşıyan təxminən 500 hava balonu yönləndrib. Bu balonlardan bəziləri hava liman ərazisində olduğundan uçuşlara mane yaranıb...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR