"Beşiktaş"ın baş məşqçisi ulduz futbolçunu qovub: "Görmək istəmirəm"

img

24-07-2024 [17:29]


"Beşiktaş"ın müalicəsini başa vuran və 2 gün əvvəl Türkiyəyə gələn xorvat futbolçusu Ante Rebiç İstanbulda həıyatının şokunu yaşayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Covanni van Bronkhorst məşqdəki hərıkətindən qəzəblənərək futbolçunu heyətdən qovub: "Səni istəmirəm..."

Türkiyə mediası yazır ki, baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılan 30 yaşlı futbolçu dərhal satış siyahısına qoyulub.

Xatırladaq ki, ötən mövsüm "Beşiktaş"ın heyətində 23 matçda meydana çıxan 30 yaşlı cinah yarımmüdafiəçisi 1 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun "Beşiktaş"la müqaviləsi 30 iyun 2025-ci ildə başa çatacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb