Çempionlar Liqası: "Luqano" - "Fənərbağça" oyunda 7 qol vurulub

img

24-07-2024 [00:26]


Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında səfərdə İsveçrənin "Luqano" komandası ilə qarşılaşan "Fənərbağça" oyundan qalib ayrılıb.

Mia.az xəbər verir ki, baş məşqçisi Joze Mourinyonun komandası oyunun 4-cü dəqiqəsində hesabda geri düşüb.

Lakin 45+1-dıə Dzeko hesaba tarazlıq gətirib.

İlk hissə bu hesabla başa çatıb.

İkinci hissə başlayan kmi, Dzeko "Fəınərbağça"nı önə çıxarıb - 1:2.

Lakin 64-cü dəqiqədə Bislimi bərabərlik qolunu vurub - 2:2.

67-də yenə səhnəyə Dzeko çıxıb - 2:3.

74-də isə Ferdi fərqi artırıb - 2:4.

90+4-də ev sahibindən Valenzuela fərqi azaldıb - 3:4.

Beləliklə, oyun bu hesabla başa çatıb.

Cavab oyunu 30 iyulda İstanbulda keçiriləcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb