Qəzza yenə bombalanıb - Ən azı 15 nəfər ölüb, aralarında qadın və uşaqlar da var

img

24-07-2024 [00:29]


İsrail Qəzza zolağının şimalındakı Qəzza şəhərinə sarsıdıcı zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basal jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə,  İsrail qırıcılarının atdığı bombalardan biri şəhərin cənubundakı Sabra bölgəsində bir evə düşüb: "Mülki müdafiə qrupları ddağılan evin çöküntüləri altından 3-ü uşaq, 2-si qadın olmaqla, ümumilikdə 7 nəfərin meyitini çıxarıb. Bundan başqa, Nafak küçəsində bombalana daha bir evdə isə 4 nəfər ölüb. Şəhərin şimalında isə Cibaliyadakı Hevca küçəsində Ebu Celhum adlı şəxsin evi vurulub. Burada da 4 nəfərin cəsədi dağıntılar altından çıxarıldı...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR