Kolumbiyada buğa yarışı qadağan olunub

img

23-07-2024 [14:47]


Kolumbiyada buğa yarışı qadağan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro qərar imzalayıb.

Qərara əsasən, ölkədə öküz yarışı və ya döyüşü qadağan edilib.

Prezident qanun layihəsini yüzlərlə heyvan hüquqları müdafiəçisinin iştirakı ilə paytaxt Boqotadakı La Santamaria öküz yarışı meydançasında imzalayıb.

Gustavo Petro mərasimdə deyib: "Biz dünyaya canlıları əyləncə üçün öldürməyin mədəniyyət olduğunu deyə bilmərik".

Prezident Petro bildirib ki, qanun layihəsi 2027-ci ildə qüvvəyə minəcək.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR