Malidə terror aktı: 26 nəfər ölüb, yaralılar var

img

23-07-2024 [00:12]


Afirka ölkəsi Malidə bir kənddə silahlı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, naməlum silahlı şəxslər Mopti bölgəsindəki kəndlərdən birində tarlada işləyən işçiləri atəşə tutublar.

İlkin məlumata görə, hadisə nəticəsində 26 nəfər həyatını itirib, 30-dan çox yaralı var.

Xatırladaq ki, Mali iləı yanaşı, sərhəd öplkələr olan Burkina Faso və Niger son illərdə terror təşkilatı Əl Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalır.

Firudun Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR