Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-07-2024 [00:01]
Qoç - xırdalıqlara və təfərrüatlara fikir verin. İşlərin gedişatı bəzən detallardan asılı olur. Yaşamın ən müxtəlif sahələrində dəyişikliklərlə islahatlara kiçik addımlardan başlayın. Mənasız, zərurətsiz riskə getməyin, narahat olmayın. Kiçik məbləğdə gəlir, köhnə borcun qaytarılması istisna deyil.
Günün ikinci yarısında emosional fon stabildir. Hansısa iş plan üzrə getməzsə, təlaşa düşməyin. Sakit, təmkinli olun. Kəskin reaksiyanı soyuqqanlı davranışla əvəzləyin.
Bədxahların sevinmələrinə imkan verməyin.
Buğa - yeni işlərə başlamaq üçün əlverişli zamandır. Həmin işlərin yorucu və usandırıcı olmamasına çalışın. Tək işləməyin. İlkin mərhələdə tərəfdaş və müttəfiqlərin yardımlarına xüsusi ehtiyac var. Az sonra müstəqil fəaliyyət göstərə bilərsiniz.
Günün ikinci yarısında problemlərə və xoşagəlməz situasiyaya normal yanaşın. Yaxınlarınızın düşünülməmiş hərəkətləri və kəskin iradlarına sərt reaksiya verməyin.
Axşam saatlarını ailəvi istirahətə həsr edin.
Əkizlər - maraqlı, uğurlu və irəliləyiş vəd edən gündür. İşgüzar görüşlər və nüfuzlu insanlarla ünsiyyət üçün əlverişli zamandır. Karyeranızın inkişafı, maaşınızın artırılması ilə bağlı məsələləri müzakirə edin. Yeni işə yalnız müstəqil çalışaraq onu başa vuracağınıza əmin olandan sonra başlayın. Əvvəllər tərəfinizdə olan insanların qayğıları artdığından onlar öz işlərini görməyə can atırlar.
Günün ikinci yarısında maraqlı görüşlər istisna deyil. Yeni tanışlarınızda özünüzlə bağlı rəğbət hissi yaradın. Amma təriflərə inanmayın.
Maliyyə məsələlərinin həlli və alış-veriş üçün əlverişli gündür.
Xərçəng - bir neçə çətin, ağır, mürəkkəb işin öhdəsindən gəlməli olacaqsınız. Yardım göstərən, kömək edən olmadığı üçün müstəqil çalışın. Müttəfiqlərlə tərəfdaşlar bu gün, sadəcə, mənəvi dəstək verəcəklər. Planlaşdırılmamış xərclər, əhəmiyyətli maliyyə itkiləri istisna deyil. Alış-verişdə çox pul xərcləməyin.
Yaxınlarınıza qayğı göstərmək istəyəndə həddi aşmayın. İstənilən münaqişə zamanı tezliklə barışmağa çalışın. Əks təqdirdə anlaşılmazlıq xoşagəlməz qarşıdurmaya çevrilə bilər.
Şir - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün xeyli səy göstərməli olacaqsınız. Yorulacaq, usanacaqsınız. İlk baxışdan istəyiniz irreal, məqsədiniz illüzor deyil. Amma ən kiçik müsbət nəticələrə nail olmaq vaxt və səylər tələb edir. Çoxdankı münaqişələr sərtləşir, mübahisələr qızışır. Az qala unudulan sözlər yada düşür və sizi ruhdan salır.
Hisslərinizi və problemlərinizi yaxınlarınıza anlatmağa çalışsanız da, bir nəticə hasil olmayacaq. Dəstək almaq əvəzinə heç bir əsası olmayan tənqidlər, iradlar eşidəcəksiniz. Özünüzü qoruyun, bədbinliyə qapılmayın.
Axşam saatlarını şən keçirməyə çalışın.
Qız - maliyyə məsələlərinin həlli, hesabatların hazırlanması və sənədləşdirmə üçün əlverişli gün deyil. Olduqca sərvaxt, diqqətli olun. Fiziki iş görərkən hərəkətlərinizi avtomatizm səviyyəsinə çatdırın. Yaxınlarınızla dil tapmaq asan deyil.
Onlar sizə qarşı iddia və iradlarla çıxış edir, tələblərinin dərhal icra olunmasını istəyirlər. Münaqişəyə səbəbkar olmayın. Dedikləriniz məntiqli olsa da, sözlərinizə qulaq asan azdır.
Tərəzi - qətiyyətli, inadkar, iradəli olun. Uzun müddətdən bəri yolunuzu kəsən və irəliləyişinizə imkan verməyən maneəni dəf edin, sədləri keçin. Gözlənilməz, amma çox maraqlı təklif ala bilərsiniz. Həmin təklifin müəllifi əmədaşlıq etmək istədiyiniz insandır. Bir müddət düşünüb-daşınandan sonra təklifi qəbul edin. Peşman olmayacaqsınız. Yaşam potensialının səviyyəsi aşağıdır. Özünüzü qoruyun. Kəsici və iti alətlərdə ehtiyatla davranın. Axşam saatlarında normal istirahət edin.
Əqrəb - diqqət tələb edən işlərlə maraqlanın. Mühüm olmayan, mənasız işlərə başlamayın. Belə taktika sizə zərər verə bilər. Həllini tələb edən problemin çözülməsinə başlayın.
Dostlar, yaxınlar və qohumlardan yaxşı məsləhətlər alacaqsınız. Yaxşı heç nə gözləmədiyiniz insan sizi təəccübləndirəcək. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Oxatan - qısamüddətli, amma sizin üçün çox əhəmiyyətli işə və ya layihəyə başlamaq üçün əlverişli zamandır. Qısa zamanda kiçik də olsa, nəticə əldə etməyə çalışın. Uzunmüddətli planların reallaşdırılmasını düşünürsünüzsə, etibarlı yardımçılar və nüfuzlu hami olmadan işə başlamayın.
Ünsiyyət üçün çətin gündür. Yaxınlarınızdan gözlədiyiniz dəstəyi almayacaqsınız. Ağır fiziki iş məsləhət deyil. Avantüra və ya riskə qapılmayın.
Oğlaq - bu gün risk etməyə dəyməz. Eksperimentləri təxirə salın, sınanmış metodlardan istifadə edin. Bu gün sayı artacaq təxribatlara uymayın. Bədxahlarınızla düşmənləriniz sizi aldatmağa, etibarınızdan sui-istifadə etməyə çalışırlar. Belələrinin şirin dillərinin felinə düşməyin. Həqiqəti yalandan ayırmağı bacarın.
Günün ikinci yarısı müstəqil fəaliyyət və uzunmüddətli planların hazırlanması üçün əlverişlidir. Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin, tək qalmayın.
Dolça - səhər saatlarından etibarən aktiv işləməyə başlayın. Diqqətinizi ikinci dərəcəli işlərə yayınmasın. Yeni məlumat planlara dəyişiklikləri qaçılmaz edir. Maliyyə məsələlərində sayıq olun. Alış-veriş və əyləncə zamanı deyil. Xarici dil öyrənmək və ya peşə bacarıqlarını artırmaq üçün əlverişli zamandır.
Ailədə münaqişəyə, emosional qarşıdurmaya imkan verməyin. Münasibətlər sınaqdan keçir. Yol verdiyiniz səhvləri təhlil edin, onları təkrarlamamağa can atın.
Balıqlar - bütün diqqəti işə yönəltsəniz, ciddi uğurlara nail ola bilərsiniz. Ən çətin problemlərin öhdəsindən gələcəksiniz. Yardım və dəstəyə ehtiyacınız yoxdur. Yaxşı məsləhətlərlə ideyalar isə əksinə, gərəkdir. Yaxın ətrafınızdakı insanların sözlərinə qulaq asın. Gəlirlər istisna deyil.
Sevdiyiniz insanla münasibətlərinizdə çətinliklər yarana bilər. Sizə elə gəlir ki, həmin adam, sanki, qəsdən səbrinizi yoxlayır, sizi təbdən çıxarmağa çalışır.
Fəqət, baş verənlərə təmkinli və soyuqqanlı yanaşsanız, yaşananların ciddi nəsnələr olmadığını anlayacaqsınız. Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Özünüzü qoruyun.
Milli.Az
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də + FOTOLAR
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb