İsrail Yəməndə limanı vurub: "Bu, qisas idi..."

img

20-07-2024 [23:15]


İsrail ordusu Yəmənin Qırmızı dəniz sahilindəki Hudeydə limanına ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə yayılan məlumatı İsrail ordusu təsdiqləyib.

İsrail ordusunun mətbuat xidmətindən bildirilib ki, döyüş təyyarələri bu gün Yəmənin Hudeydə limanında husilərə məxsus hərbi hədəfləri bombalayıb: "Bununla da Husilərin İsrailə qarşı həyata keçirdikləri yüzlərlə hücumun qisası da alınmıçş oldu..."

İsrail mətbuatı isə yazır ki, bu hücum İsraildən Yəmənə edilən ilk birbaşa hücum olub.

Husilərə bağlı Əl-Mesirah televiziya kanalı isə bildirib ki, Hüdeydə şəhərində təkcə liman deyil, bəzi nöqtələr də bombardma olunub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR