Almaniya XİN sözçüsü: "İsrail parlamentinin Fələstin dövlətini rədd etməsindən narahatedicidir"

img

19-07-2024 [22:14]


"Almaniya İsrail parlamentinin (Knesset) Fələstin dövlətinin yaradılmasını rədd etməsindən dərin narahatdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer Berlində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Knessetin əksəriyyətinin Fələstin dövlətinin qurulmasına qarşı çıxmasını anlaşılan deyil: "Bu qərar BMT Təhlükəsizlik Şurasının bir çox qərarı ilə ziddiyyət təşkil edir. Bu qərarı beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti belə təqdir edə bilməz".

Fişer qeyd edib ki, İsrailin qərarı məcburi deyil, lakin bu, dialoq və sülh yolunda əngəl olacaq: "Almaniya hökuməti fələstinlilərin hüquqlarını da təmin edən iki dövlətli həllin alternativi olmadığını qəbul edir. İsrailin təhlükəsizliyi yalnız iki dövlətli həll yolu ilə təmin edilə bilər".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR