ABŞ-da seçki: "Demokratlar"ın 10 nəfərindən biri Harrisin namizədiyini istəyir

img

19-07-2024 [21:59]


ABŞ-da noyabrda keçiriləcək Prezident seçkilərində Co Baydenin yenidən namizədliyi getdikcə təmsil olunduğu partiyada da narazılıqla qarşılanır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baydenin namizədlikdən geri çəkilməsi, Vitse-prezident Kamala Harrisin onu əvəzləməsini istəyənlərin sayı isə durmadan artır.

AP/NORC Araşdırma Mərkəzinin ölkədə keçirdiyi son sosiloji sorğuya əsasən, Bayden namizədliyini geri çəkərsə, vitse-prezident Harrisin partiya daxilindəki mövqeyi güclənəcək: 

"Sorğuda iştirak edən 10 Demokrat seçicidən 6-sı Harrisin Baydeni əvəzləyəcəyi təqdirdə yaxşı iş görəcəyinə inandığını desə də, 20 faizi bunu mümkünsüz sayıb.  Qalan 20 faiz isə fikir bildirməyib".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR