Kerem Aktürkoğlu "Qalatasaray"dan ayrılır

img

19-07-2024 [18:21]


Kerem Aktürkoğlu "Qalatasaray"dan ayrılır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İspaniyanın "Real Sosyedad" komandası "Qalatasaray"ın sol cinah yarımmüdafiəçisi Kerem Aktürkoğlunu heyətinə qatmaq istəyir.

Məlumata görə, "Real Sosyedad" komandası hazırda "Qalatasaray"la danışıqlar aparır: "İspan komandası Keremlə bağlı təmaslara başlayıb. Klub "Qalatasaray"la da 25 yaşlı oyunçunun 15 milyon avroluq bazar dəyərini aşağı endirmək üçün müzakirəni davam etrdirir. Güman ki, yaxın günlərdə tarnsferə "yaşıl işıq" yandırılacaq".

Xatırladaq ki, 2020-ci ildən “Qalatasaray”da çıxış edən Kerem 173 matçda 44 qol vurub, 39 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR