"Microsoft"da problem yaşanır - Dünyada bir çox sahələr iflic olub

img

19-07-2024 [11:28]


Dünyada kompüter proqram sistemləri ilə bağlı problemlər var, bir çox sektorlarda əməliyyatlar dayanıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, ABŞ-da yerləşən "Microsoft" texnologiya şirkətinin sistemlərində yaranan nasazlıqla əlaqəlidir.

Məlumata görə, yaranmış problem bank, hava yolları, xəstəxanalar və yayım qurumlarında böyük "axsaqlıq"lar törətməyə başlayıb.

Xəbərdə deyilir ki, Böyük Britaniyanın əsas televiziya xəbər kanallarından biri olan Sky News bu probemə görə, cümə günü yayımlana bilməyib.

Kanal bununla bağlı üzrxahlıq mesajı yayıb.

Məlumata görə, qlobal texnologiyada yaranan sıxıntı üzündən İspaniya hava limanları, türk hava yolu şirkəti, Avstraliya mediası və bankları da daxil olmaqla müxtəlif ölkələrdəki əməliyyatlar fasilələrlə çöküb. 

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR