Fransada yaşayış binası yandırılıb: 7 nəfər yanaraq ölüb

img

18-07-2024 [12:03]


Fransanın Nitsa şəhərində 7 mərtəbəli binada baş verən yanğın ölkənin gündəminə çevrilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, binanın sonuncu mərtəbəsindəki gecə saat 03.00 radələrində yanğın nəticəsində 7 nəfər yanaraq ölüb, 4 nəfər yaralanıb.

Nitsa şəhər meriyasından verilən məlumata görə, yaralılardan birinin vəziyyəti çox ağırdır: "Yanğın 4 saat ərzində söndürülüb. Ölənlərin ailələrinə başsağlığı veririk. Prokurorluq yanğınla bağlı araşdırmalara başlayıb. Binanın qəsdən yandırılam ehtimalı güclüdür...".

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, binadakıə yanğının qəsdən törədilmə ehtimalı araşdırılır.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR