Prezident İlham Əliyev İngiltərədə işgüzar səfərdədir - Toplantı başlayıb (YENİLƏNİR)
18-07-2024 [13:59]
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.
Mia.az xəbər verir ki, səfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə baş tutub.
***
Böyük Britaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Oksforddakı Blenheim sarayına gəlib.
Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb.
***
Oksfordda Blenheym sarayında Avropa Siyasi Birliyinin IV sammitinin açılış plenar iclası başlayıb.
Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edir.
London yaxınlığındakı Oksfordşirdə keçiriləcək “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısında 45 dövlət və hökumət başçısı iştirak edəcək.
Xatırladaq ki, 2022-ci ildə yaradılan bu hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Aİ-nin üzvü olmayan digər dövlətlər daxil edilib.
Sayca dördüncü sammitə ilk dəfə NATO, ATƏT və Avropa Şurasının nümayəndələri dəvət olunub. Əsas mövzular arasında isə qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq, Ukrayna münaqişəsi var.
“The Guardian” qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 18-də Londona səfər etmək və sammitdə çıxış etmək niyyətindədir.
Bir günlük iclasın proqramına açılış və yekun plenar iclas, onların arasında isə müxtəlif mövzularda üç dəyirmi masa daxildir: miqrasiya, enerji, demokratiyanın müdafiəsi və təmini. Sonda heç bir yekun kommünikenin qəbulu nəzərdə tutulmur.
Sammit Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçilin 1874-cü ildə anadan olduğu Blenhaym qəsrində baş tutacaq.
Qəsr 1705-1724-cü illərdə klassikləşdirilmiş barokko üslubunda və ya İngilis memarlığına xas olan “Kraliça Anna üslubunda” Marlboronun ilk hersoqu Con Çörçill və həyat yoldaşı Saranın iqamətgahı kimi tikilib. Dizaynerləri Con Vanbru və Nikolas Haksmur olub. Adını Hersoqun fransızlar üzərində qələbəsi şərəfinə alıb.
Eyni zamanda sammitdə Macarıstanın Baş naziri Viktor Orbanın turundan sonra Aİ liderləri ilə ilk görüşü olacaq. İyulun 2-dən iyulun 11-dək Ukraynadakı sülhməramlı missiyası çərçivəsində o, Kiyev, Moskva, Pekin və Vaşinqtonda səfərdə olub, burada ölkə liderləri ilə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib.
Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı 2022-ci ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.
Sabahın hava proqnozu açıqlanıb
Deputata məxsus QHT-yə cərimə yazılıb
Sabiq deputatın oğlu məhkəməyə verildi
BDU-da yoxlamanın üzə çıxardığı nöqsanlar... - Nazirdən reaksiya
İki universitetdə dərslər bir həftə gec başlayacaq
Serxio Ramos "Qalatasaray"a gəlir? - Danışıqlar başlayıb
Hüseyn Büyükfıratın müavinini yüksək məbləğdə cərimə gözləyir
Ədliyyə Nazirliyində daha bir idarə rəisi təyinatı olub - FOTO
Ağcabədidə əməliyyat: saxlanılanlar var
İsrailin məşhur qəzetinin Baş redaktoru: "Ordu Qəzzanın şimalını ilhaq etməyə hazırlaşır, əgər bu, baş verərsə..."
Ukrayna Rusiyaya hücum edib - 144 PUA ilə Moskva və...
Azərbaycan neftinin qiyməti 75 dollara enib
İsraillə İordaniya arasında sərhəd açılır
"Fənərbağça" Filip Kostiçlə müqavilə imzalayıb
Çin və Rusiya Yapon dənizində birgə hərbi təlimlərə başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vilayət Eyvazov Xankəndiyə rəis təyin edib
BAKIDA EVƏ BASQIN EDƏN KEÇMİŞ MƏHKUM GÜLLƏLƏNDİ - Təfərrüat
Sadio Mane "Beşiktaş" transfer olunur
Türkiyənin müdafiə naziri Gürcüstana gedib
Vincent Aboubakar rəsmi olaraq "Hatayspor"a keçid etdi
İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb
Latviya Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb
İsveçrə İtaliya ilə hərbi təlimlər keçirəcək
"Ermənistan növbəti dəfə ictimaiyyətin diqqətini real vəziyyətdən yayındırır" - Rəsmi Bakıdan bəyanat
Tanınmış alim Könül Aydın Nəhmətovadan təhsilə yeni töhfə - Şagirdlərin oxuyub-anlama qabiliyyətini formalaşdırmaq üçün vacib vəsait (VİDEO, FOTOLAR)
İtaliyada nəqliyyat sektorunun işçiləri etiraza qalxıb
Qarabağ zonasında 907.1 hektar ərazi minalardan təmizlənib
Əli Əsədov yeni qərar imzalayıb
Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb
Azərbaycanda un ucuzlaşıb - Qiymətlər
Sumqayıtda 21 yaşlı tələbə 7-ci mərtəbədən yıxılaraq ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rəşad Məcidin 60 illik yubileyinə həsr olunmuş yeni kitab işıq üzü görüb - “Ağ adam”
MSK daha 3 dairə üzrə şikayəti araşdırır - 4 dairə üzrə isə iddialar baxılmamış rədd olunub
Tokayev İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Rusiya ordusu irəliləyir: "Daha bir qəsəbəni ələ keçirdik"
Peskov: "Biz bu planın detallarını bilmrik"