Müğənni Azərin səhnədə “bozqurd” işarəsi göstərdi, Ərdoğan və xanımı alqışladı - VİDEO

img

16-07-2024 [11:00]


Xalq artisti Azərin Türkiyədə keçirilən 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində səhnəyə çıxıb.

Türkiyə mediası xəbər verir ki, sənətçi Prezident iqamətgahında keçirilən tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısını oxuduqdan sonra milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərib.

Tədbirdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Azərini alqışlayıblar.

Həmin görüntüləri təqdim edirik:

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR