Dövlət Xidməti “Binəqədi Çörək” sexini qapatdı

img

11-07-2024 [15:21]


Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsində aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı:

 - obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin işlənib hazırlanmadığı;

 - obyektin bəzi sahələrinin yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmadığı, quraşdırılmış yanğınxəbərverici siqnalizasiya qurğusunun isə işlək vəziyyətdə olmadığı;

 - elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı;

 - obyektin yanğın su hovuzu ilə təmin edilmədiyi müəyyən edilib.

“Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - FHN-in məlumatında deyilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR