Qəzzada mülki şəxslər yenidən vurulub - 29 nəfər ölüb, yaralılar var

img

10-07-2024 [09:29]


İsrail Qəzzanı yenidən bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ümumilikdə 29 mülki şəxs həlak olub, xeyli yaralı var.

Bildirilib ki, Xan Yunisin şərqindəki Abasan əl-Kəbirə qəsəbəsindəki əl-Avda məktəbinin qarşısına toplanan mülki şəxslər də vurulub.

Fələsətin mənbələri qeyd edir ki, ən çox ölən burada olub.

Xatırladaq ki, ötən ilin 7 oktyabrdan bu yana Qəzzada ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 38 min 243 fələstinli ölüb, 88 min 33 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq