Kəşmirdə qiyamçılarla hərbçilər arasında atışma: 7 əsgər, 6 üsyançı həlak olub - Yaralılar var

img

09-07-2024 [12:07]


Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgəsində üsyançılarla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 7 Hindistan əsgəri və 6 üsyançı həlak olub.

Məlumata görə, Maçedi kəndi ərazisində hind əsgərlərini daşıyan avtomobil üsyançılar tərəfindən qumbaraatan və avtomat silahlarla atəşə tutulub:  "Bu hücumda 5 əsgər öldürülüb, 6-ı isə yaralanıb". 

Məlumatda o da deyilir ki, bu gün bölgənin daha bir səmtində üstyançılarla hərbçilər arasında toqquşma baş verib: "Bu toqquşmada isə  2 əsgər həyatını itirib, 6 üsyançı isə həlak olub".

Xəbərdə bildirilib ki, son zamanlar Cammu və Kəşmirdə hücumlar artıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq