Məşhur müğənninin səhnəyə şortiklə çıxması tənqid edildi - "Kimsə mənim şəxsi həyatıma müdaxilə edə bilməz" (FOTO)

img

08-07-2024 [17:28]


Son zamanlar səhnəyə çıxmasına mane olanların mövcudluğundan narazılığını tez-tez dilə gətirən məşhur müğənni Aleyna Tilki ötən axşam Bodrumda etiraz yaradan geyimlə səhnəyə çıxıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun mini şortiklə səhnəyə çıxaraq mahnı ifa etməsi isə birmənalı qarşılanmayıb.

Mia.az bildirir ki, sosial medianın Türkiyə seqmentində müğənni bu geyiminə görə "topa tutulub".

Onun haqda yazılan şərhələrin bəzilərini aşağıda təqdim etmişik.

Yeri gəlmişkən, bundan əvvəl də onu geyiminə görə tənqid edənlər çox olub. Ancaq müğənni bu tənqidləri tənqidlə qarşılayıb: "Kiminsə geyimini tənqid etmək sataşmaqdır. Nə istəyirik geyinirik, nə istəyirik onu yeyirik. Kimsəçbuna qarşıa bilməz. Qarışarsa, bu şəxsi həyata sataşmaq, qarışmaqdır. İnsanlar mənim mahnılarımı tənqid edə bilər, amma mənim şəxsi həyatıma müdaxilə edə bilməzlər".

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 10.10.2024

Sabah yağış yağacaq