İsrail ordusu Qəzzanı yenə bombalayıb - Ölənlər var

img

04-07-2024 [09:12]


İsrail qırııcları Qəzza zolağının şimalını ağır bombardmana məruz qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada yerləşən Mülki Müdafiə İdarəsi açıqlama yayıb.

Bildirilib ki, aviazərbələrdən biri Zerad adlı şəxsin ailəsinin yaşadığı evə endirilib: "Dərəc rayonunda yerləşən evdə olan 9 nəfərdən 7-si salamat xilas olunsa da, 2 nəfər həlak olub, yaralılar var. Bundan başqa, Tel Əl-Hava bölgəsində də evlər vurulub, ilkin məlumata görə, 13 fələstinli həyatını itirib, 10-dan çox şəxs yaralanıb. Bölgədə zərbələrdən sonra yanğınlar başlayıb...".

Məlumat üçün qeyd edək ki, İsrailin 7 oktyabrdan bu yana Qəzzaya hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37953 fələstinli ölüb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq