Rəsmi Moskva Kiyevə "əl uzatdı": "Ukrayna vasitəsilə qaz nəqlini davam etdirməyə hazırıq"

img

04-07-2024 [00:16]


"Biz bu ildən sonra da Ukrayna vasitəsilə qaz nəqlini davam etdirməyə hazırıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.

O, jurnalistlərin Ukrayna ilə qaz nəqli ilə bağlı imzalanan sazişin bu il başa çatmasından sonra atılacaq addımlar haqqında suala cavabda deyib ki, ölkəsi bu ildən sonra da Ukrayna üzərindən Avropaya təbii qaz nəqlini davam etdirməyə hazırdır: "Müqavilənin davam etdirilməsi Ukraynadan asılıdır. Biz daşınmaya davam etməyə hazırıq".

Xatırladaq ki, Ukrayna hökuməti Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb.

Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR