İordan çayının qərb sahilində gərginlik - Azı 20 fələstinlini həbs edilib

img

03-07-2024 [13:48]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində evlərə basqınları fasiləsiz davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi açqılama yayıb.

Bildirilib ki, İsrail ordusu son 24 saat ərzində İordan çayının qərb sahilindəki Hebron, Cenin, Qalkilya, Nablus, Ramallah, Yerixo və Qüds şəhərlərində xeyli evlərə basqın edib: "Bu zaman ən azı 20 fələstinli saxlanılıb. Bununla da oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində tutulanların sayı 9510-a çatıb. İndiyə qədər, yəni 7 oktyabr 2023-cü ildən bəri Şərqi Qüdsdə Fələstin torpaqlarında 136-sı uşaq olmaqla 560 fələstinli isə öldürülüb, təxminən 5300 fələstinli isə yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq