"Ulduz" jurnalı yeni tərtibatda! - FOTO
01-07-2024 [19:42]
“Ulduz” aylıq ədəbiyyat dərgisi oxucuların görüşünə yeni təqdimatda gəlib.
Mia.az xəbər verir ki, dərginin üz qabığı, mündəricatından tutmuş son səhifəsinə qədər dizaynında dəyişiklik olunub. “Ulduz”un yeni dizaynı qardaş Türkiyədə hazırlanıb və növbəti saylar da eyni qaydada tərtib ediləcək.
Bundan əlavə, jurnalın səhifə sayı da artırılıb. Əvvəl 88 səhifə çap olunduğu halda, bundan sonra 96 səhifəli “Ulduz”u vərəqləmək şansımız olacaq.
Qeyd edək ki, iyun sayı xüsusi olaraq 104 səhifə hazırlanıb. Eyni zamanda, jurnalın ölçüsündə də dəyişiklik edilib.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəsin verdiyi məlumata görə, daha bir yeni təşəbbüsün reallaşması gözlənilir. Belə ki, Ankarada çap olunan “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahinlə Qulu Ağsəsin əldə etdiyi razılığa əsasən, “Ulduz”un növbəti xüsusi buraxılışı “Gənc ürəklər” dərgisində, “Gənc ürəklər” dərgisinin növbəti sayı isə “Ulduz”da oxuculara təqdim olunacaq.
“Ulduz”un iyun sayı maraqlı bədii mətnlərlə zəngindir. Dərgi Tural Cəfərlinin “Özüylə söhbəti... və şeirləri” ilə açılır.
Sərdar Aminin “Rəsul nəsə demək istəyir”, Təvəkkül Boysunarın “Araz axır qıyğacı”, Ayişə Nəbinin “Relsə bağlanan çoban”, Nazilə Gültacın “İki limon”, “Murad futbola baxırdı”, “Stabilizator”, Mətanət Ulu Şirvanlının “Dikbaş”, İlqar İsmayılzadənin “İtmiş pul” hekayələri, Aydan Abdullayevanın “Darıxan yazı” essesi dərginin bu sayında işıq üzü görüb. Bir müddət əvvəl dünyasını dəyişmiş gənc yazıçı Murad Muradovun “Kərimin ördəkləri” hekayəsi də ruhuna ehtiram əlaməti olaraq cari buraxılışda dərc olunub.
“Ulduz” jurnalı və Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat fondunun təşkilatçılığı ilə Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsinin qalibləri – Cavid Qasımov, Allahşükür Ağa, Rəşad Nağı Mustafa, Eminquey Akif, El Roman, Seyyidəli Sübhinin şeirləri iyun sayında çap olunub. Eyni zamanda, Hafiz Hacıxalıl, Aysel Nəsirzadə, Rəsmiyyə Sabir, İnqilab İsaq, Ədalət Salmanın şeirləri “Şer vaxtı”nda oxuculara təqdim olunub.
“Tərcümə saatı”nda Xatirə Nurgülün tərcüməsində Sergey Dovlatovun “Ariel” hekayəsi dərc olunub.
Yazıçı-publisist Nadir Yalçın tanınmış şair Baba Vəziroğlu ilə həmsöhbət olub. “Çalışmışam ki, mahnının mətni həm də normal bir şeirə oxşasın” başlıqlı müsahibədə maraqlı nüanslara toxunulub.
Bu dəfə “Nobel” üzrə ədəbiyyat mükafatları laureatlarından Andre Jidin həyat və yaradıcılığı barədə İlham Abbasovun “Cuhud” soyadlı fransız yazıçısı” adlı məqaləsində bəhs edilib.
“Gənc yazarlar üçün ustad dərsləri”nin növbəti mövzusu “Xorxe Borxesin “Dörd dövrəsi” barədədir. Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu sözügedən esseni şərh edib.
İyunun “Tribuna”sında filologiya elmləri doktoru Vaqif Yusliflidir. “Yeni ədəbi nəsil” başlıqlı yazısında o, ümumi mənzərəyə nəzər salıb, ikimininci illərin ən gənc nümayəndələrindən bəhs edib.
“Dərgidə kitab”da İlhamə Nasirin qələm nümunələri işıq üzü görüb.
“Dərgidə sərgi”ni Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Fəridə Cəfərovanın rəsmləri bəzəyib.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib