AVRO-2024: ingilislər son dəqiqə qolu ilə xilas oldu, 1/4-ə yüksəldi

img

30-06-2024 [22:03]


Bu gün AVRO-2024-də  1/8 final mərhələsində İngiltərə millisi  Slovakiyanı sınağa çəkib.

Mia.az xəbər verir ki, türkiyəli hakim Halil Umud Melerin idarə etdiyi oyunun 25-ci dəqiqəsində slovakiyalı İvan Şrants də hesabı açıb - 0:1.

İngilislər bu qolla 90+5-ci dəqiqədə Cud Bellingemun aşırmça zərbəsi ilə cavab verərək, oyunu uzatmalara daşıyıblar.

1:1 bitənə sas vaxta əlavə edilmiş 30 dəqiqəlik uzatmanın elə ilk dəqiqəsində Harri Keyn İngiltərə millisinin növbəti qoluna imza atıb.

Qalan dəqiqələrdə hesab dəyişməyib. Və ingilislər bununla a 1/4-ə vəsiqə qazanıb.

Qeyd edək ki, İngiltərə yığması iyulun 6-da1/4 finalda İsveçrə ilə oynayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR