İsraillə Hizbullah arasında gərginlik böyüyür - Hər iki tərəf bir-birlərinin mövqelərini bombalayıb

img

01-07-2024 [09:17]


Livandakı Hizbullah Hərəkatı ölkənin cənub sərhədində İsrailə məxsus hərbi maşın və texnikanı vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Məlumatda deyilir ki, İsrailin şimalındakı Əl-Mutilledə müşahidə mövqeyində olan hərbi texnika uyğun silahlarla məhv edilib: "Bundan əlavə, Kefr Şuba təpələrində Ruveysat əl-Alem mövqeyində bir "Merkava" tankı və hərbi maşını idarə olunan raketlərlə vurulub".

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail qüvvələri də Livanın cənubundakı Havla qəsəbəsində bir ev və bir mağazanı bombalayıb, Rub Selasin qəsəbəsini isə artilleriya atəşinə tutub: "Beni Hayan və Merkeba qəsəbələrinə açılan top atışləri isə yanğına səbəb olub. Zərbələr nəticəsində Hizbullah Hərəkatının  Abbas Munif adlı üzvü ölüb, yaralılar var".

Xatırladaq ki, İsrail ordusunun oktyabrın 8-dən Livana qarşı həyata keçirdiyi hücumlarda həlak olan Hizbullah üzvlərinin sayı 353-ə yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq