Dənizdə müəmmalı butulkalar: balıqçılar açıb içdi və... - Hərbçilər araşdırmaya başlayıb

img

01-07-2024 [09:00]


Cənubi Asiya ölkəsi Şri-Lankada 4 balıqçı dənizdə tapdıqları şüşə butulkada olan mayeni içərək ölüb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, butulkadakı mayedən qəbul edən daha 2 balıqçının vəziyyəti isə çox ağırdır.

 Şri-Lanka Hərbi Dəniz Qüvvələri dənizdə atılan və spirtli içli işarəti verən butulkalarla bağlı araşdırmalara başlayıb.

Şri-Lanka Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, balıqçılar butulkalarda spirt olduğunu düşünüb və buna görə onları açaraq içiblər: "Balıqçılar tapdıqları butulkaların bir hissəsini isə digər bölgədəki həmkarlarına paylayıblar. Hazırda həmn bu, həm də dənizin digər yğönlərinə yayılan butlkaların toplanması həyata keçirlir: "Mütəxəssislər isə onlaırn içindəki mayeni yoxlamaya veriblər...".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq