İsrail polisi "Məscidül-Əqsa"da namaza imkan verməyib

img

28-06-2024 [19:09]


İşğal altında olan Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən "Əl-Əqsa" məscidində cümə namazı qılmaq istəyən yüzlərlə fələstinliyə bu imkan tanınmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, on minlərlə fələstinli səhər saatlarından etibarən cümə namazını qılmaq üçün Məscidül-Əqsaya axışıb.

Məlumata görə, Cümə namazından əvvəl "Məscidül-Əqsa"nın qapılarında İsrail polisi bəzi fələstinlilərin şəxsiyyətini yoxlayıb, yüzlərlə insanı içəri buraxmayıb: "Hərəmi Şərifin Əl-Əsbat (Aslan) Qapısında da anoloji vəziyyət yaranıb, burada da şəxsiyyət vəsiqələrini yoxlayan İsrail polisi onlarla fələstinlini geri qaytarıb, bəzilərini isə həbs edib. İsrail polisi də Əsbat qapısından "Məscidül-Əqsa"ya daxil olmaq istəyən bir çox fələstinlini də  döyüb, jurnalistləri isə ordan uzaqlaşdırıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq