Türkiyə klubuna transfer qadağası qoyulub

img

28-06-2024 [14:23]


Vaxtilə Türkiyə superliqasında çıxış edən, hazırda isə TFF 2-ci Liqasına yuvarlanan "Giresunspor" tarixinin ağır günlərini yaşayır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq FİFA kluba 2 mövsümlük transfer qadağası tətbiq edib.

Bu barədə Klubun saytında verilən açıqlamaya görə, buna səbəb vaxtilə komandada top qovan da Brandley Kuvasın maaşının bu günədək  ödənməməsi olub: "Futbolçu bununla bağlı FİFA-ya şikayət eidb. FİFA Kuvas ilə yanaşı, daha 3 futbolçunun iddiası əsasında belə qərar qəbul edb".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR