AVRO-2024: türkiyəli hakim bu oyunun baş hakimi təyin olunub

img

28-06-2024 [13:58]


FİFA lisenziyalı referi Halil Umut Meler 2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO-2024) son 16 turu çərçivəsində keçiriləcək bir oyunu idarə edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat verib.

TFF-dən bildirilib ki, Halil Umut Meler və komandası çempionatda 3-cü matça təyinat alıb.

Türkiyəli hakim 30 iyunda Bakı vaxtilə saat 20.00-da başlayacaq İngiltərə - Slovakiya matçının fitini çalacaq.

Məliumata görə, Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın dördüncü hakimi Sloveniya Futbol Federasiyasından Rade Obrenoviç olacaq.

Qeyd edək ki, Halil Umut Meler AVRO-2024-də Belçika-Slovakiya və Polşa-Avstriya yarışlarını da idarə edib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR