BMT: "Qəzza əhalisinin təcili tibbi yardıma ehtiyacı var"

img

28-06-2024 [00:03]


"Qəzza əhalisinin təcili tibbi yardıma ehtiyacı var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı BMT-nin  Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Təşkilatı (UNRWA) verib.

Təşkilat qeyd edib ki, ciddi dərman və yanacaq çatışmazlığı Qəzzada yaralıların xilas edilmə imkanlarını məhdudlaşdırır: "Yardımın bölgəyə təhlükəsiz və davamlı şəkildə çatması üçün daha çox gözləmək mümkün deyil. Qəzza xalqının təcili sağlamlıq xidmətlərinə ehtiyacı var. UNRWA-ya bağlı sağlamlıq mərkəzlərinin yalnız kiçik bir hissəsində dərmanlar var, o da tükənmək üzrədir...".

Fələstin Qızıl Ayparadan isə bildirilib ki, Qəzzada 18 təcili yardım maşını yanacaq çatışmazlığı səbəbindən xidmətə yolana bilmir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq