Nüfuzlu deputat İYİ Partiyasından istefa verdi: "Təəssüf ki..."

img

27-06-2024 [17:27]


Türkiyənin İYİ Partiyasının qurucularından Koray Aydın Partiyadan istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, bəyanat yayıb.

İYİ Partiyasının İdarə Heyətinin üzvü olan və Ankaradan deputat seçilmiş  Koray Aydın istefasını partiya sədarətinin onıarın fikrinə biganə yanaşması ilə izah edib: “Təəssüf hissi ilə bildirirəm ki, İYİ Partiyada bizim varlığımıza, rəylərimizə, fikir və təkliflərimizə artıq ehtiyac yoxdur. Bu vəı ya digər nüansları nəzərə alaraq, bu gündən partiyadan istefa verirəm. Bundan sonra ölkəsini, millətini sevən bir türk millətçisi olaraq müstəqil millət vəkili kimi xidmət və mübarizəmi davam etdirəcəyəm”.

Məlumata görə, bu istefa ilə İYİ partiyasının parlamentdəki deputatlarınıns ayı 34-də enib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq