Şimali Koreya daha bir raket sınağı keçirib: "Uğurlu alındı"

img

27-06-2024 [13:58]


Şimali Koreya Cənubi Koreyanın dünən havada öz-üzünə partladığını elan etdiyi raket sınağının uğurla həyata keçirdiyini iddia edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Agentlik Şimali Koreya Raket İdarəsinə istinadla bildirib ki, dünən 170-200 kilometrlik məsafədki hədəfi dəqiq vura biləcək çoxfunksiyalı raket sınağı iddiaların əksinə olaraq uğurla həyata keçirilib: "Şərti hədəf tam dəqiqliklə vurulub...".

Xatırladaq ki,Cənubi Koreya Baş Qərargahı dünən yaydığı açıqlamada yerli vaxtla saat 05.30 radələrində Pxenyan yaxınlığından atılan ballistik raketin 250 kilometr uçduqdan sonra Şərq dənizi üzərində havada partladığı iddia edib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq