BMT xəbərləri təkzib elədi: "Qəzzadan çəkilməyəcəyiik"

img

27-06-2024 [00:02]


"Biz Qəzzadan geri çəkilməyəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, BMT əməkdaşlarının hazırda böyük risk altında Qəzzada yardım paylamağa çalışdığını qeyd edib: "Bilirsiniz, İsrail bizə əsla şərait yaratmır, əksinə, problemləri gücləndirməkdə davvam edir. Buna baxmayaraq, bizim İsrailin əsassız tələblərinə görə yardım paylanmasını dayandıracağımız və Qəzzanı tərk edəcəyimiz haqda xəbərlərin heç bir əsası yoxdur. BMT Qəzzadan çəkilmir, belə bir niyyət də yoxdur"

ABŞ-ın Qəzza sahillərində "üzən liman" inşa etməsindən söz açan Düjarrik qeyd edib ki, BMT təhlükəsizliklə bağlı hələə də oradan bölgəyə yardım yollaya bilməyib: "Orada lazımi şərtlər yerinə yetirilmədiyi üçün yardım paylamır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq